QIZILAĞAC DÖVLƏT QORUĞU YAXINLIĞINDA YANĞIN OLUB
Lənkəran rayonunda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Saleh Ağayevin verdiyi məlumata görə, hadisə iyulun 29-da saat 17.30 radələrində rayonun Nərimanabad-2 qəsəbəsi ərazisində qeydə alınıb. Yerli bələdiyyəyə məxsus ərazidə başlanmış yanğının söndürülməsi üçün hadisə yerinə Lənkərandan 4, Masallıdan isə 1 yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının Qızılağac Dövlət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın lokallaşdırılıb.
30 İyul, 2011 16:15 ⁄ Baxılıb: 1100
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |