Simsar.az | bizi özünüzə Simsar bilin
Milli ordunun həkimini maşın vurdu

55 yaşlı feldşer xəstəxanaya yerləşdirilib

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Qubadov Rövşən Cümşüd oğlu idarə etdiyi “VAZ 2107” ilə piyada 1956-cı ildə anadan olmuş Lətifov Xaliq Əbil oğlunu vurub. Hadisə rayonun Dördyol adlanan ərazisində baş verib. Yaralı dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan piyada X.Lətifov Milli Ordunun N saylı hərbi hissəsinin həkimi, feldşerdir.

Faktla əlaqədar araşdırma aparılır.

30 İyul, 2011  15:28 Baxılıb: 1051

Bu bölmədə