GÜRCÜSTANDA AZƏRBAYCANLI MƏKTƏB DİREKTORU TUTULUB
Laqodexi rayonunun Qabal kənd orta məktəbinin direktoru Həmid Əliyev saxlanılıb. Bu barədə məlumatı Qabal kənd icra nümayəndəsi Camal Niyazov bildirib. C. Niyazov məktəb direktorunun saxlanılmasına təəssüfləndiyini bildirib: “inanmıram ki, Həmid Əliyev belə işlər görə bilsin. Bu, fikrimcə şərdir. Çünki 14 il məktəb direktoru işləyən bu insan necə hərəkət etməyi yaxşı bilir. Mənə çatan məlumata görə, bir ay bundan əvvəl Həmid Əliyevin rəhbərlik etdiyi məktəbdə bir neçə müəlliməyə bildirib ki, siz ixtisara düşübsünüz, gedin özünüzə şagird yığın, ixtisarınızı ləğv edək. Qabal kənd orta məktəbində gürcü dili müəllimi işləyən Diana Qelaşvili buna etiraz edib və müəyyən adamlara və təhlükəsizlik idarəsinə müraciət edib. Məlumat verib ki, guya məktəb direktoru ona intim əlaqə təklif edib. Guya məktəb direktoru bildirib ki, bu baş verərsə, onu ixtisara salmaram”.
30 İyul, 2011 01:51 ⁄ Baxılıb: 1055
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |