Simsar.az | bizi özünüzə Simsar bilin
Qubada maşın dərəyə aşdı

İlkin məlumatlara görə ölən yoxdur

İyulun 28-də saat 23:05-də radələrində Qubada ağır yol nəqliyyat hadisəsi baş verib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istiunadən verdiyi məlumata görə, şəhərinin çıxışında İspik kənd sakini Afər Fərhadov idarə etdiyi “UAZ 3962” markalı avtomobil dərəyə aşırıb.

Nəticədə xəsarət almış A.Fərhadov və sərnişinləri, qızı Sonagül, həmyerliləri Asiya Eldarova, Nübar Fərhadova, Kəmalə Fərhadova, Nazənin Fərhadova, Xamirə Qədirova, Firudin Qədirov, Aida Eldarova və Alekseyevka kənd sakini Rəvan Qədirov xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

29 İyul, 2011  18:00 Baxılıb: 1076

Bu bölmədə