Simsar.az | bizi özünüzə Simsar bilin
“Fənərbaxça”nın adı dəyişdirilə bilər

Klubun başqa klubla birləşəcəyi xəbəri də var

Türkiyənin “Fənərbaxça” Klubunun adı dəyişdirilə bilər.
Simsar.az Türkiyənin “Radikal” qəzetinə istinadən bildirir ki, futbol proqnozları ilə bağlı aparılan araşdırmalarda adı hallanan klub ad dəyişdirilməsi kimi şok variantlara əl atmaq məcburiyyətində qalıb.

Əgər Türkiyə Futbol Federasiyasının (TFF) qərarı “Fənərbaxça”nın yarışmalardan kənarda qoymaq qədər sərt olsa, klub rəhbərliyi iki variantdan birini seçəcək.
Birinci variantda klub İstanbul Böyükşəhər Bələdiyyəspor ilə birləşəcək.

“Fənərbaxça”nın adı kağız üzərində dəyişdiriləcək. Amma mahiyyət etibarı ilə əvvəlki komanda kimi oynayacaq.

Ramin

29 İyul, 2011  16:21 Baxılıb: 1034

Bu bölmədə