Çayxanada atışma
Ölən və yaralanan var Balakən rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, hadisə dünən axşamüstü Qullar kəndindəki çayxanada qeydə alınıb. 1984-cü il təvəllüdlü kənd sakini Nastakalov Namiq Teyyub oğlu qanunsuz olaraq özündə saxladığı qoşalülə ov tüfəngi ilə kənddəki çayxanaya gələrək orada olan həmkəndlisi, 1969-cu il təvəllüdlü İsmayılov Nizrov Siracəddin oğluna iki dəfə atəş açıb. Kürək nahiyəsindən güllə yarası alan Nizrov İsmayılov hadisə yerində dünyasını dəyişib. Onunla eyni stolun ətrafında oturan Qullar kənd sakini, 1963-cü il təvəllüdlü Telliyev Nurullah Mahma oğlu isə sol ayağının diz nahiyəsindən yaralanaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
29 İyul, 2011 15:48 ⁄ Baxılıb: 1148
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |