Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL Avroliqya 20 nəfərlə gedir - SİYAHI

Nazim Süleymanov yeni legioneri "Minsk"lə oyunda oynatmayacaq

AZAL sabah "Minsk"lə keçiriləcək oyunun sifariş ərizəsinə daha bir futbolçunun adını əlavə edib. Fanat.az az xəbər verir ki, "təyyarəçilər" yeni transfer etdikləri serb müdafiəçi Branislav Arseniyeviçin adını siyahıya salıblar. Bununla da AZAL Avropa Liqasına 20 futbolçu ilə başlamaq imkanı qazanıb.
Nazim Süleymanovun komandası Albaniya yığmasının üzvü Ervin Bulkunu da heyətinə qatıb. Lakin istirahətdən gec dönən futbolçunun adı sifariş ərizəsinə salınmayıb. AZAL mərhələ adlasa alban futbolçu avrokuboklarda çıxış etmək imkanı qazanacaq.

Qapıçılar: 12. Cahangir Həsənzadə, 1. Amil Ağacanov.
Müdafiəçilər: 2. Robert Petrov, 5. Aqil Nəbiyev, 3. Usim Nduka, 6. Ritus Krjauklis, 21. Branislav Arseniyeviç.
Yarımmüdafiəçilər: 20. Mansur Limani, 17. Viktor İqbekoyi, 23. Pius İkedia, 7. Tərlan Xəlilov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 22. Elgün Abbaslı.
Hücumçular: 18. Cavid Rəhimov, 11. Zohair Benouahi, 24. Enyo Krastovçev, 8. Elşən Məmmədov, 10. Nuqzar Kvirtiya, 14. Orxan Səfiyaroğlu.

29 İyul, 2011  04:02 Baxılıb: 1101

Bu bölmədə