Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin məşhur aktrisası ailə qurur

"Ancaq ona uşaq doğmaq istəyəcəyim bir kişilə evlənərəm"

Bu gün Türkiyənin məşhur aktrisası, tamaşaçılar tərəfindən çox sevilən “İlhamurlar altında” serialının baş qadın qəhrəmanı olan Tuba Büyüküstün ailə qurur.

Simsar.az saytının haberturk.com-a istinadən verdiyi xəbərə görə, məşhur aktrisa uzun müddət bir yerdə sevgi macərası yaşamış Onur Saylakla nigaha girir.

Mətbuata verdiyi açıqlamalarının birində "Ancaq ona uşaq doğmaq istəyəcəyim bir kişilə evlənərəm" deyən Büyüküstün, ailə quracağı Onurdan iki aylıq hamilədir. Cütlük əkiz körpə gözləyir.

Parisdə reallaşacaq olan nikah mərasiminə cütlüyün ailəsi, yaxın dostları, həmçinin T.Büyüküstünü aktrisa kimi kəşf edən Tomris Giritlioğlu da qatılacaq.


Aynurə

28 İyul, 2011  20:56 Baxılıb: 1250

Bu bölmədə