Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN ƏSGƏRİ ÖZÜNÜ GÜLLƏLƏDİ

Hadisə baş verən Şəmkir hərbi birləşməsində bir hərbiçi də ölüb

Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsində iki ölüm hadisəsi qeydə alınıb.

Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, hərbi hissənin mayoru, 35 yaşlı İbrahimov Aftandil Ağamalı oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə xidmət yerinə gedərkən yol qəzasına düşüb.

Lənkəran sakini olan İbrahimov aldığı xəsarətdən hadisə yerində həlak olub.

Həmin hərbi hissənin əsgəri Hüseynli Sakit Aslan oğlu isə xidməti silahı ilə özünü vuraraq intihar edib.

1993-cü il təvəllüdlü, Lənkəran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseynli aldığı xəsarətdən dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə hər iki faktı təsdiqləyib.

28 İyul, 2011  20:35 Baxılıb: 1078

Bu bölmədə