Simsar.az | bizi özünüzə Simsar bilin
Erməni əsgəri azərbaycanlını yaraladı

Güllələnən şəxs dincəlirmiş

Qazax rayon prokuroru Abisalam Heydərov cümə axşamı Trend-ə bildirib ki, Qazax şəhərində yaşayan 1987-ci il təvəllüdlü Poladova Məzəm gölü ətrafında istirahət edərkən ermənilərin açdığı atəş nəticəsində kürəyindən yaralanıb.

Prokurorun sözlərinə görə, güllə Poladovanın kürəyindən girib, qolundan çıxıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub, vəziyyəti stabildir.

Heydərov faktla bağlı rayon prokurorluğunda araşdırma aparıldığını bildirib.

28 İyul, 2011  17:47 Baxılıb: 1010

Bu bölmədə