Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Ordunun giziri öldü

O, yol qəzasına düşmüşdü

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Bakı-Astara yolunda, Salyan rayonu ərazisində iki avtomobil toqquşmuşdu.

Qəza nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti leytenant Rauf Qasımov və gizir Əhməd Əliyev ağır bədən xəsarətləri ilə hospitala yerləşdirilmişdilər.

40 yaşlı Əliyev aldığı xəsarətlərdən dünən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib. Bildirib ki, xəsarət almış leytnantın vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

28 İyul, 2011  16:09 Baxılıb: 1073

Bu bölmədə