Simsar.az | bizi özünüzə Simsar bilin
CANAVARLAR 28 BAŞ XIRDA BUYNUZLU MAL-QARANI PARÇALADI

Lənkəranda canavarlar 28 baş xırda buynuzlu mal-qaranı parçalayıb

Lənkəranda canavarlar təsərrüfatlardan birinə hücum edərək 28 baş xırda buynuzlu mal-qaranı parçalayıb.

Bu barədə Lənkəran Rayon Baytarlıq İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Şirinsu qəsəbə sakini Ağamirzə Məmmədovun fərdi təsərrüfatında olan 100 baş xırda buynuzlu mal-qaraya canavarlar hücum edib. Sürüyə girən canavarlar 28 baş xırda buynuzlu mal-qaranı yaralayıblar.

Hadisə ilə bağlı məlumat alan Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə baş verən əraziyə gəliblər. Yaralı heyvanlar müayinə edilib, onlara quduzluğa qarşı vaksinasiya aparılıb.

27 İyul, 2011  21:26 Baxılıb: 977

Bu bölmədə