Simsar.az | bizi özünüzə Simsar bilin
Hansı istirahət mərkəzinin lisenziyası yoxdur?-SİYAHI

Nazirlik onların siyahısını açıqladı 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq Qrupu tərəfindən keçirilən monitorinqlər zamanı regionlarda yerləşən bəzi mehmanxana və mehmanxana tipli müəssisələrin lisenziyasız işlədiyi məlum olub.

Simsar.az xəbər verir ki, məlumat azadinform.az-a Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən daxil olub. Rəsmi lisenziya olmadan fəaliyyət göstərən turizm müəssisələri aşağıdakılardır:

Qax - 3

“Qax Toxucu ASC”;
“Kiş adası” istirahət mərkəzi (8 kottec, 16 yer);
“Green Hill İnn” mehmanxanası (18 nömrə, 48 yer).

Qəbələ - 3

“Xəzər”;
“Su tayı”;
“Kötüklü” istirahət mərkəzləri.

İsmayıllı – 3

“Həsənoğulları” (14 kottec, 36 yerlik);
“Qızıl qaya” (8 kottec və 25 nömrə, 82 yerlik);
“Teliba” (2 kottec, 6 yer) istirahət mərkəzləri.

Şamaxı – 1

“Magic Life” istirahət mərkəzi (23 kottec, 54 yer).

Xaçmaz, Nabran - 7

“Həyat”;
“Xudmani”;
“İstisu”;
“3 qardaş”;
“Edem”;
“Bizim Dünya”;
“Oskar”.

Qusar - 4

“İskra”;
"Umud”;
“Alpine”;
“MM”
(Sonuncu ikisi yeni açılıb, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə lisenziya almaq tövsiyə olunub).

Quba - 3

“Ahu”;
“Avand”;
“Səməd” istirahət mərkəzləri.

Lənkəran – 2

“Xanbulaq” istirahət mərkəzi;
“Xəzər Mehmanxanası”.

Lerik – 4

“Möcüzə”;
“Qala”;
“Ağ Göl”;
“Çənlibel” istirahət mərkəzləri.

Masallı – 6

“Olimp”;
“Aylı Gecə”;
“Uludağ”;
“Turan”;
“Mənzərə”;
“Palma” istirahət mərkəzləri


Aynurə

27 İyul, 2011  19:42 Baxılıb: 7500

Bu bölmədə