Simsar.az | bizi özünüzə Simsar bilin
Güləşçimiz ermənini yıxdı

Vilayət Qəhrəmanlı dünya birincisi oldu

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclərarasında dünya birinciliyi keçirilir. ANS PRESS-in Beynəlxalq Güləş Federasiyasının (FİLA) rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 kq çəkidə çıxış edən yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub.


İdmançımız müvafiq olaraq 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan, 1/4 finalda Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib.

Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da güləşçimiz qarşısında aciz qalıb. Həlledici qarşılaşmada isə Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üzə gəlib. Qarşılaşmada idmançımız hakimlərin rəqibə xəbərdarlıq etməsi nəticəsində qalib elan edilib.

27 İyul, 2011  18:39 Baxılıb: 1065

Bu bölmədə