Şərif Ağayarın ilk romanı
"Haramı" satışdadı “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunan “Haramı” kitabında müəllifin eyniadlı romanı və “Xürrəm” povesti yer alıb. Şərif Ağayarın Simsar.az-a verdiyi məlumata görə, roman Qarabağın vaxtilə ermənilər tərəfindən işğal olunan və sonradan boşaldılan ərazilərində məskunlaşmış bir ailənin başına gələn qeyri-adi əhvalatlardan bəhs edir. Əsərin qəhrəmanı Səməndər igid, qoçaq adamdır, ancaq cəmiyyətdə öz yerini tapa bilmir. Ona görə ermənilərlə təmas xəttində yaxın neytral bir zonada məskən salır. Zamanla uyuşmayan Səməndər cəmiyyətdən nə qədər uzaq qaçmağa çalışsa da, bu, mümkün olmur. Dərin ziddiyyətlər qurbansız ötüşmür. Həmişə olduğu kimi yenə də zaman qalib gəlir!
27 İyul, 2011 17:20 ⁄ Baxılıb: 1398
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |