Simsar.az | bizi özünüzə Simsar bilin
Film çəkmək müsabiqəsinə yekun vuruldu-SİYAHI

"Bu meydan, bu ekran"-ın qalibləri kimlər oldu?

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin qərarına əsasən, qalib kino layihələri təsdiq edilib. Qalib kino layihələri bunlardır:

“Mayak” layihəsi, “Orman prodakşn” şirkəti;
“İşığa doğru” layihəsi, “Art Qlobal prodakşn” şirkəti;
“Paralel həyat“ layihəsi, “EXA prodakşn” prodüser mərkəzi;
“Qaranquş yuvası” layihəsi, “Butafilm” kino şirkəti.
Qeyd edək ki, “Bu meydan, bu ekran” müsabiqəsi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir.

27 İyul, 2011  17:15 Baxılıb: 1172

Bu bölmədə