Simsar.az | bizi özünüzə Simsar bilin
Norveçli cəllad neçə adam öldürdüyünü xatırlamır

Breivik anası və bacısı daxil olmaqla müasir qadınların sürtük olduğunu düşünür 

Norveçdə ittiham olunan qatil Breivik vəkililə görüşdə bəzi açıqlamalar verib. Feminizmə qarşı çıxan cani anası və bacısı haqqında da danışıb: “Bacım və anam məni, ailəmizi utanc vəziyyətinə içinə saldı. Feminizm və seksual inqilab səbəbiylə bu ailədən qopmuşam.

Simsar.az Türkiyə mətbuatına istinadən bildiriri ki, gündəliyində, anasının atasından boşandıqdan sorna həyatına girən hərbiçi olan kişidən bəhz edən Breivik onu manyak adlandırıb və anasının həyatında mənfi izlər buraxdığını deyib.

Müasir qadınların hamısını 'sürtük' adlandıran Breivik gündəliyində, ögey bacısı Elisabetin 40-dan çox kişi ilə birlikdə olduğunu və bu səbəblə xəstələndiyini qeyd edib.

Breivikin vəkili Geir Lippestad müvəkkilinin "ölü sayının və ictimaiyyətin hisslərinin fərqində olmadığını" söyləyib.

Vəkil bildirib ki, Breivikin ağlı yerində deyil.

O da məlum olub ki, cani qətldən öncə müxtəlif dərmanlar qəbul edib.

RAMİL

27 İyul, 2011  16:33 Baxılıb: 1044

Bu bölmədə