Simsar.az | bizi özünüzə Simsar bilin
Müstəntiq vurduğu piyadanın həyatını xilas etdi

Həkimlər ağır xəsarət alan piyadanı ölümdən qurtardı 

İyulun 26-da Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, NZS qəsəbəsində, “Ramin” şadlıq evinin qarşısında Abbasov Elşən Lətif oğlu idarə etdiyi 10 MT 415 nömrəli “VAZ 21015” ilə piyadanı vurub. Nəticədə piyada, 1987-ci il təvəllüdlü Məmmədzadə Emin İmran oğlu ağır xəsarət alıb. E.Abbasov yaralını avtomobillə dərhal xəstəxanaya çatdırıb və həkimlərin səyi nəticəsində E.Məmmədzadənin həyatı üçün yaranmış təhlükə sovuşub.


Qeyd edək ki, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində avtomobili idarə edən E.Abbasov Bakı şəhər Prokurorluğunun müstəntiqidir.

27 İyul, 2011  16:25 Baxılıb: 1044

Bu bölmədə