Simsar.az | bizi özünüzə Simsar bilin
"Simurq" iki braziliyalı transfer etdi

Zaqatala klubu 6 futbolçunu icarəyə götürdü

Yeni mövsümə hazırlaşan "Simurq" heyətini iki braziliyalı futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Danildo Assioli və Junivan Suareslə münasibətlərini rəsmiləşdirib.
Zaqatalalılar "İnter"dən gələn müdafiəçi Danildo Assioli və "Gəncə"ni tərk edən hücumçu Junivan Suareslə müqavilə bağlayıb. Hər iki braziliyalı il "Simurq"un formasını geyinəcək.
Qeyd edək ki, 30 yaşlı Assoli "İnter"dən əvvəl Braziliyanın "Bahya", ABC və Portuqaliyanın "Santa Klara" klublarında oynayıb.
33 yaşlı Suares isə Azərbaycanda "Gəncə"dən əvvəl "Turan" və "Olimpik-Şüvəlan"ın (indiki AZAL) şərəfini qoryub. O, həmçinin Bolqarıstanın "Lokomotiv" (Plovdiv), "Belasitsa" və Türkiyənin "Erciyəsspor" klublarında çıxış edib.
"Simurq" "İnter"dən Əli Bağırov, Camal Məmmədov, Tofiq Mikayılov, "Neftçi"dən Elvin Yunusov, Elvin Musazadə və "Bakı"dan Səbuhi Həsənovu yenidən icarəyə götürüb.

27 İyul, 2011  16:15 Baxılıb: 1050

Bu bölmədə