Simsar.az | bizi özünüzə Simsar bilin
Obama xalqından kömək istədi

ABŞ prezidenti Konqresə səsləndi: “Qurtarın bizi”

ABŞ prezidenti Barak Obama, borc böhranının həllində balanslı bir yanaşmanı dəstəkləmələri üçün amerikalılardan Konqres üzvlərinə "təzyiq" etmələrini istəyib. Günlərdir Konqres liderlərinə mesajlar göndərən Obama, bu dəfə birbaşa ABŞ xalqına səslənib.


ABŞ günlərlə davam edən mübahisənin heç bir nəticə vermədiyini görən federal hökumətin borc limitinin yüksəldilməsi və büdcənin azaldılması mövzusunda Konqreslə uzlaşma təmin edə bilməyən Obama, son çarəni xalqda görüb. Limitin yüksəldilməsi üçün son tarix isə avqustun 2-dir.


"Sizlərdən səslərinizi çıxarmağınızı xahiş edirəm” – deyərək xalqa müraciət edən ABŞ prezidenti bildirib ki, əgər büdcə kəsirini azaltmaq üçün balanslı bir yanaşma istəyirsinizsə, bunu Konqres üzvlərinə deyin.

O, varlıların fədakarlıq etmədiyi halda, ağırlığın yalnız orta gəlirli amerikalının üzərinə yüklənilməsinin doğru həll yolu olmadığına diqqət çəkib.

Obama ABŞ-ın tarixində ilk dəfə bu vəziyyətə düşdüyü və borclarını ödəməyə gücləri çatmadığı halda, sıravi amerikalıların həyatlarının birbaşa təhlükə altında qalacağına işarə edib.

Problemin həllində iki partiyanı məsuliyyətli olmağa çağıran Obama Konqres liderlərindən təcili həll yolu tapmağı istəyib. .

“Çıxılmaz bir yolla üz-üzəyik” - deyən ABŞ prezidenti problemin həll olunmayacağı təqdirdə ölkənin dərin bir iqtisadi böhranla qarşı-qarşıya qala biləcəyi xəbərdarlığını edib.

Aynur’

26 İyul, 2011  23:04 Baxılıb: 954

Bu bölmədə