Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağ"ın oyunçuları yığmaya çağrılmadı

Berti Foqts heyəti açıqladı

Simsar.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, almaniyalı baş məşqçi Berti Foqts hazırlığın ilkin mərhələsinə 24 oyunçu çağırıb. Həmin futbolçular arasında Avroliqadakı yeganə təmsilçimiz olan “Qarabağ”ın heç bir üzvü yoxdur. Ağdam təmsilçisi mübarizəni davam etdirdiyindən onun üzvlərinə dəvət göndərilməyib.

Berti Foqtsun dəvət göndərdiyi futbolçular: qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”), Andrey Papoviç (“Sumqayıt Şəhər”)
Müdafiəçilər: Vlodimr Levin (“İnter”), Saşa Yunisoğlu, Vurğun Hüseynov (“Qəbələ”), Usim Nduka, Aqil Nəbiyev (AZAL), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”).

Yarımmüdafiəçilər: Elnur Abdullayev, Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Əmircanov, Ruslan Abışov, Cavid Hüseynov (“Neftçi”), Əziz Quliyev, Fabio Luis Ramim (“Bakı”), Mahir Şükürov, Aleksandr Çertaqanov, Elvin Məmmədov (“Qəbələ”), Amit Quluzadə (“Ərciyəsspor”)
Hücumçular: Arif İsayev, Murad Hüseynov (“Qəbələ”), Elşən Məmmədov (AZAL)

26 İyul, 2011  21:40 Baxılıb: 1051

Bu bölmədə