Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər azərbaycanlılara silahla hücüum etdi

Rusiyada baş verən hadisədə yaralananlar var

Rusiyada azərbaycanlılarla ermənilər arasında silahlı münaqişə baş verib. Simsar.az-ın “nta-nn.ru” saytına istinadən verdiyi məlumata görə, olay bazar günü Nijeqorodsk vilayətinin Dzerjinski qəsəbəsindəki “Köhnə Bakı” kafesində olub. 


Azərbaycan əsilli şəxslərin olduğu kafeyə ermənilər gəliblər. Tərəflər arasında mübahisə başlayıb. Bu zaman kafeyə gələnlərdən biri ov tüfəngindən 3 dəfə qarşı tərəfə atəş açıb. Nəticədə azərbaycanlılardan ikisinin sol əli parçalanıb, 1 nəfər isə ayağından yüngül yara alıb. Atəş açan erməni əsilli şəxs aradan çıxıb. Hazırda cinayətkar axtarılır.

26 İyul, 2011  20:26 Baxılıb: 997

Bu bölmədə