Simsar.az | bizi özünüzə Simsar bilin
"Azercell" əməkdaşlarına hücum edənlərdən biri tapıldı

İki basqınçının isə kimliyi bilinib

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də "Azərcell" MMC-nin işçiləri Namiq Hüseynova bıçaqla xəsarət yetirməkdə, Bayram Bayramovun sifətinə isə gözyaşardıcı qaz püskürdərək 34 000 manatı əllərindən almaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Məmmədov tutulub. Hadisənin daha iki iştirakçısının isə kimliyi müəyyənləşdirilib. Bunlar Gəncə şəhər sakini Aslan Mahmudov və Göygöl rayon sakini Uğrun Məmmədovdur. Hazırda onların da tutulması istiqamətində tədbirlər davam etdirilir.

26 İyul, 2011  18:50 Baxılıb: 975

Bu bölmədə