Təyyarədə qəzaya düşənlərin qalıqları tibbi ekspertizaya verilib
Onları tanımaq mümkün deyil Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin qalıqları Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub. Bu barədə APA-ya açıqlamasında birliyin baş direktoru Şakir Musayev məlumat verib. O qeyd edib ki, ilkin olaraq qalıqlara baxış keçirilib, həmin qalıqların insana məxsus olduğu təsdiqlənib: “Qalıqlar tanınmaz vəziyyətdədir. Hətta qalıqların bəziləri kömürləşmə səviyyəsindədir və toxumalar parçalanıb. Buna görə də ekspertiza çox vaxt aparacaq. Ekspertlər tərəfindən molekulyar genetik, məhkəmə bioloji, tibbi-kriminalistik, məhkəmə kimyəvi, məhkəmə histoloji, məhkəmə-tibbi ekspertizalar keçiriləcək. Yəqin ki, ekspertizanın nəticələrini bir aya açıqlamaq mümkün olacaq”.
26 İyul, 2011 18:50 ⁄ Baxılıb: 1031
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |