Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə futbol çempionatı təxirə salındı

İstintaq davam edir

Türkiyədə danışılmış futbol oyunları ilə əlaqədar aparılan istintaqla bağlı Türkiyə Futbol Federasiyası ilk qərarını verib.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyədə superliqanın oyunları bir ay təxirə salınıb. 
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar deyib ki, superliqada oyunlar avqustun 5-də deyil, sentyabrın 9-da başlayacaq. Eyni zamanda birinci liqada da oyunların vaxtı dəyişib. Bu liqada oyunlar sentyabrın 10-da start götürəcək.

26 İyul, 2011  16:03 Baxılıb: 1136

Bu bölmədə