Simsar.az | bizi özünüzə Simsar bilin
FUTBOL TARİXİNDƏ GÖRÜNMƏMİŞ HADİSƏ

Argentinada başa çatan Amerika kuboku qeyri-adi hadisə ilə əlamətdar olub.

Yarışın qalibi olan Uruqvay yığmasının lideri Dieqo Forlan ailə ənənələrinin davamçısı kimi görünməmiş nailiyyəti rəsmiləşdirib.

Belə ki, Amerika kuboku Forlan ailəsinin 3 nəsli üçün qələbə ilə yadda qalıb. Dieqoya qədər onun atası və babası da bu yarışın qalibi olublar. Babadan ataya, atadan oğula keçən mükafatı 1959-cu ildə Xuan Karlos Kurasso qazanmışdı. 8 il sonra isə Dieqonun atası Pablo Forlan Amerika kubokunda çempion adına sevinib. Atasının uğurunu 44 ildən sonra təkrarlayan oğul Forlan dünya futbol tarixində yeni səhifə yazıb.

Məsələ ondadır ki, FİFA bayrağı altında keçirilən heç bir beynəlxalq yarışda baba, ata və oğul çempion adını qazanmayıb.

26 İyul, 2011  14:46 Baxılıb: 1164

Bu bölmədə