Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbayacanın futbol çempionatından imtina

Muğan Unibank Premyer Liqasında oynamaq istəmir

Salyanın “Muğan” klubu futbol üzrə 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqasında iştirakdan imtina edib. Bu haqda Simsar.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. 

Onun sözlərinə görə, artıq bu barədə Peşəkar Futbol Liqası rəsmən məlumatlandırılıb. Şirəliyev bu addımı uşaq futboluna daha çox diqqət ayırmaları ilə izah edib. Klub rəsmisi “Muğan”ın çıxışlarını I divizionda davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, “Muğan”ı Premyer Liqada “Simurq”un əvəzləyəcəyi gözlənilir. Daha öncə elitaya vəsiqə qazanmış “Abşeron” da dağıldığı üçün yerini “Sumqayıt Şəhər”ə verib. Premyer Liqanın püşkatma mərasimi iyulun 22-də olacaq.

18 İyul, 2011  22:22 Baxılıb: 1133

Bu bölmədə