Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Əsədov: "Flavinyo söz verib ki..."

"...hamının ondan gözlədiyi kimi oynayacaq"

"Dinamo" ilə oyunla bağlı kifayət qədər danışılıb. Başa düşürük ki, şansımız çox azdı. Amma biz qələbə üçün sona kimi vuruşacağıq. Öz şərəfimiz, imicimiz, UEFA reytinqi xatirinə qələbə qazanmaq istəyirik. Anşlar gözləyirik. Qələbəmizi məhz azarkeşlərimizin dəstəyi altında reallaşdırmaq istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Əsədov braziliyalı futbolçuların, xüsusilə Flavinyonun ilk oyunda zəif oynadıqlarını başa düşdüklərini bildirib: "Özləri də başa düşürlər ki, hər kəs onlardan çox şey gözləyir. Flavinyo söz verib ki, hamının ondan gözlədiyi kimi oynayacaq. Onlar Bakıda nəyə qadir olduqlarını göstərəcək".
Baş məşqçi yenidən komandasının transfer siyasətinə toxunub: "Biz iki braziliyalı yarımmüdafiəçi transfer etmək istəyirdik. Amma nədənsə bu transferləri reallaşdıra bilmədik. Tələsik addım da atmaq istəmədik.Əgər zədəlimiz olmasa, başqa müdafiəçi almayacağıq. Bizdə gənc Tərlan Quliyev, Ruslan Əmircanov var. Sadəcə yarımmüdafiə xəttini gücləndirmək üçün bir yeni oyunçu almağı planlaşdırırıq".

18 İyul, 2011  20:25 Baxılıb: 1005

Bu bölmədə