ÜZEYİR HACIBƏYLİYƏ QARŞI ERMƏNİ TƏXRİBATI
"O olmasın bu olsun" filmindəki mahnı ifa olunur, Ermənistan barədə reportaj verilir Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Azərbaycan musiqi nümunəsi erməni mahnısı kimi təqdim edilib. APA-nın məlumatına görə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının motivləri əsasında çəkilmiş eyni adlı filminin qonaqlıq səhnəsinin əvvəlində ifa olunan musiqi parçasından Ermənistan haqqında hazırlanmış sənədli filmdə istifadə edilib, bununla da, “Mir” televiziyası Ü. Hacıbəylinin musiqisini erməni mədəniyyət nümunəsi kimi təqdim edərək, təxribata yol verib. Filmdə Azərbaycan musiqisinin sədaları altında Ermənistanın tarixi, mədəniyyəti, əhalisi haqqında məlumatlar verilir.
18 İyul, 2011 19:04 ⁄ Baxılıb: 1504
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |