Simsar.az | bizi özünüzə Simsar bilin
Keçmiş icra başçısı ölüb?

Onun vəzifədən gedəndən sonra xəstələndiyi deyilir

İyunun 29-da prezident İlham Əliyevin sərəncamı ilə Gəncə şəhərinin Nizami rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Paşa Paşayev dünyasını dəyişib. Simsar.az-ın “Reytinq” qəzetinə istinadən verdiyi məlumata görə, P. Paşayevin səhhətində problem olub. Gəncəyə yeni başçı təyin olunan Elmar Vəliyevin təqdimatı ilə vəzifəsindən azad edildikdən sonra onun səhhəti bir qədər də ağırlaşıb. Və iki gün əvvəl dünyasını dəyişib. 

Xatılradaq ki, iyunun 29-da vəzifəsindən azad edildiyi gün P. Paşayevin yerinə təyinat da baş verib. Prezidentin sərəncamı ilə bu vəzifəyə Məharət Əliyev təyin edilib.

18 İyul, 2011  18:35 Baxılıb: 1344

Bu bölmədə