Simsar.az | bizi özünüzə Simsar bilin
"Neftçi"nin oyununu idarə edəcək hakim zədələndi

O, Bakıya gəlməyəcək

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakimlər briqadasında dəyişiklik edilib.

Simsar.az-ın verdiyi məlumata görə, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda Zaqreb “Dinamo”su ilə keçiriləcək qarşılaşmanın yan xətt hakimi Marko Leevandi ölkəmizə gəlməyəcək. Buna onun zədəli olması imkan verməyib. Estoniyalı laynsmanı rusiyalı Tixon Kaluqin əvəzləyəcək.

18 İyul, 2011  18:02 Baxılıb: 1131

Bu bölmədə