Simsar.az | bizi özünüzə Simsar bilin
Komissarlığın işçisi tutuldu

Artıq heç bir açıqlama verilmir

Həbs edilən şəxs Füzuli Rayon Hərbi Komissarlığının 3-cü şöbəsinin rəisi Mircəfər Cəfərovdur. O, Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar həbs edilib. M. Cəfərovun korrupsiyada ittiham olunduğu bildirilir.

Füzuli Rayon Hərbi Komissarlığından APA-ya M. Cəfərovun tutulması faktını təsdiqləyiblər. Lakin bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt və Gəncə Şəhər Hərbi Komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs ediliblər.

18 İyul, 2011  17:45 Baxılıb: 950

Bu bölmədə