Simsar.az | bizi özünüzə Simsar bilin
Boksçular Avropa çempionatından iki qızıl gətirdi

Yığmanın üzvləri gümüş və bürünc də alıblar

Rusiyanın Qroznı şəhərində məktəblilər arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl, 1 gümüş, 7 bürünc medal qazanıb.

Boksçularımızdan – Tayfur Əliyev (50 kq) və Rövşən Musayev (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər iki boksçumuz finalda Rusiya nümayəndələrini məğlub ediblər. Əliyev İvan Kozlovskini, Musayev isə Matvey Dyomini üstələyib.

Daha bir Azərbaycan-Rusiya dueli isə 54 kq çəki dərəcəsində yaşanıb. Elvin Məhərrəmov həlledici görüşdə Boqdan Krayevə uduzaraq, gümüş medala sahib olub. Pərviz Quliyev (40 kq), Elməddin İsmayılov (44,5 kq), Sərxan Əliyev (46 kq),.Həsən Abbasov (48 kq), Ənvər Qarayev (56 kq), Hüseyn Tarıverdiyev (62 kq) və Təbriz Hacızadə (68 kq) isə qitə birinciliyindən bürünc medalla dönüblər.

Yarışa 14 boksçu ilə yollanmış yığmamız ümumkomanda hesabında 3-cü yeri tutub.

18 İyul, 2011  17:24 Baxılıb: 1275

Bu bölmədə