Simsar.az | bizi özünüzə Simsar bilin
"Braziliya" və "Argentina" futbol yığmaları pis durumda

Nəhənglər Amerika kubokunun yarımfinalına çıxa bilmədi

Futbol üzrə Amerika Kubokunda Braziliya və təşkilatçı Argentina yığmaları ¼ finalda mübarizəni dayandırıblar.5 qat dünya çempionlarının qarşısını Paraqvay millisi kəsib.

Əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında braziliyalılar Xusto Vilyarın qoruduğu qapıya bir penalti də vura bilməyiblər. Paraqvaylılar isə 2 penaltini dəqiq yerinə yetiriblər.

2 qat dünya çempionları da penaltilər seriyasında uduzublar. Argentina millisinin Uruqvayla görüşünün əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. 5-ci dəqiqədə uruqvaylı Dieqo Peres hesabı açıb. 17-ci dəqiqədə Qonsalo İquain hesabı bərabərləşdirib. Penaltilər seriyasında isə yalnız Karlos Teves dəqiq olmayıb. Tevesin yerinə yetirdiyi zərbəni Türkiyə “Qalatasaray”ına keçəcəyi gözlənilən Fernando Muslera dəf edib. Muslera oyun ərzində də bir neçə dəfə Uruqvay yığmasını qoldan xilas edib. Beləliklə, Argentina ümumi nəticədə 5:6 hesabı ilə uduzub.

Digər ¼ final qarşılaşmalarına gəldikdə, Venesuela millisi Çiliyə 2:1 hesabı ilə qalib gəlib. Peru isə əsas vaxtı 0:0 hesabı ilə nəticələnən görüşün əlavə vaxtında Kolumbiyaya qalib gəlib – 2:0.

Beləliklə, yarımfinalda Peru və Uruqvay iyulun 19-da, Paraqvay və Venesuela isə iyulun 20-də qarşılaşacaq. Final oyunu iyulun 23-də baş tutacaq.

18 İyul, 2011  17:15 Baxılıb: 1338

Bu bölmədə