Simsar.az | bizi özünüzə Simsar bilin
5-ci mərtəbədən düşdü, ölmədi

İntihara cəhd edən şəxs xəstəxanaya yerləşdirilib

Hadisə ötən gecə Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb. Rayon sakini, 33 yaşlı Rəşad Hacıyev yaşadığı 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. R. Hacıyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

14 İyul, 2011  17:44 Baxılıb: 1031

Bu bölmədə