Simsar.az | bizi özünüzə Simsar bilin
"Neftçi" böyük hesabla məğlub oldu, baş məşqçi komandasını təriflədi-YENİLƏNİB

Flaqman "Dainamo"yla bacarmadı

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Simsar.az xəbər verir ki, bu mərhələdən mübarizəyə qoşulan “Neftçi” ilk matçına çıxıb. Flaqmanın rəqibi Zaqrebin “Dinamo” klubu olub. Qarşılaşma “Dinamo”nun “Maksimir” stadionunda keçirilib. Oyunu fransalı hakimlər briqadası idarə edib. Hakimlər Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Bukedinin idarə etdiyi oyunda üstünlük tam "Dinamo" tərəfdə olub, nəticədə "Neftçi" 3-0 hesabı ilə məğlub olub. Görüşün hakim-inspektoru çexiyalı Vaslav Krondldı.  

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi:

İlk oyun

13 iyul

"Dinamo" (Zaqreb) - "Neftçi" (Bakı) 3:0

QOLLAR: Milan Badelj, 37 Krstanoviç, 46, 65-p.

"Dinamo": 30. Ivan Kelava, 3. Luis İbanyes, 7. Yerko Leko, 10. Sammir, 13. Tonel, 14. Şime Vrsaljko, 16. Milan Badelj (k), 20. Mehmet Alispahiç, 21. Faroş Beçiray, 24. Domaqoy Vida, 99. İvan Krstanoviç
Ehtiyat oyunçular: 12. Filipp Lonçarik, 5. Adrian Kalello, 6. Arien Ademi, 8. Mateo Kovaçiç, 11. İvan Tomeçak, 18. Mario Şitum, 55. Ante Rukavina
Baş məşqçi: Krumoslav Yurçiç
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski (11. Cavid Hüseynov, 44), 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 15. Ruslan Abışov, 16. Alessandro da Silva, 27. Rəşad Abdullayev
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev
Baş məşqçi: Arif Əsədov

Baş hakim: Entoni Qotye (Fransa)
Hakim-köməkçiləri: Mişel Annoniyer, Kristof Capelli, Ruddi Buquet (hamısı Fransa)
(Hakimlər briqadası Fransadandı)
Hakim-inspektor: Vaslav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç)

Qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının yaxşı oynadığını iddia edib. O bildirib ki, hazırkı “Neftçi”dən fərqli olaraq, “Dinamo”nun avrokuboklarda böyük təcrübəsi var. Gənc mütəxəssis qapılarında gördükləri qolları belə şərh edib: “Buraxdığımız bütün qollar ən sadə vəziyyətlərdən vuruldu. İlk və son qolları mübahisəli sayıram. İlk qolda “ofsayd” ola bilər. Üçüncü qolda isə penaltinin təmizliyinə şübhə edirəm. Üstəlik, əminəm ki, “Dinamo”nun oyunçusu simulyasiyaya yol verdi”.

Əsədov cavab görüşündə sonadək vuruşacaqlarını əlavə edib: “Təəssüf ki, biz əldə etdiyimiz imkanları dəyərləndirə bilmədik. Şanslarımızı qorumaq üçün bir qol vurmağımız lazım idi. Lakin hələ cavab görüşümüz var. “Neftçi” sonadək vuruşacaq”.

“Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç isə istədikləri nəticəyə nail olduqlarını bildirib. O, Bakıya sakit yollanacaqlarını desə də, arxayın getməyəcəklərini bildirib: "Biz maksimum sayda məsələni “Maksimir” stadionunda həll etmək istəyirdik. Məncə, istəyimizə nail olduq. Bu, əla nəticədir. Bakıya sakit gedirik. Amma arxayın yox”.

Qeyd edək ki, cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

14 İyul, 2011  15:41 Baxılıb: 1066

Bu bölmədə