Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə daha bir tutuqlanma

Keçmiş baş məşqiçi saxlanıldı 

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı “Konyaspor”un sabiq baş məşqçisi Yılmaz Vural da saxlanılıb. Lent.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis ifadə vermək üçün İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Prokurorluq Vuralın saxlanılmasına qərar verib. Bu səbəbdən, o, xəstəxanada tibbi müayinədən keçərək, polis idarəsinə ifadə verməyə aparılıb.

Qeyd edək ki, ötən həftə başlanan istintaqın gedişində aralarında “Fənərbağça”nın prezidenti Aziz Yıldırımın da olduğu 26 nəfər saxlanılıb.

13 İyul, 2011  22:07 Baxılıb: 1111

Bu bölmədə