Simsar.az | bizi özünüzə Simsar bilin
6 mitinqçinin məhkəməsi başladı

Onların arasında AXCP sədrinin müşaviri də var

Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqlə bağlı qaldırılmış cinayət işi çərçivəsində saxlanılan 6 nəfərin - AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovun məhkəməsinin hazırlıq iclası keçirilib.


Bu barədə Simsar.az-a vəkil Yalçın İmanov məlumat verib. Prosesə hakim Elnur Həsənov sədrlik edib. Vəkil bildirib ki, məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətlərdən heç birini təmin etməyib. O, müdafiə etdikləri şəxslər haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onların proses zamanı dəmir barmaqlıqlar arxasından çıxarılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırdıqlarını söyləyib. 

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.


Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar. E.İsrafilov bundan əlavə, həmçinin, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.

13 İyul, 2011  20:48 Baxılıb: 984

Bu bölmədə