Simsar.az | bizi özünüzə Simsar bilin
4 nəfərin həyatı xilas edildi

FHN-in dalğıcları cəld tərpənib

İyulun 12-də Fövqəladə Hallar nazirliyinin dalğıc-xilasediciləri Xəzər dənizinin müxtəlif sahələrində yerləşən çimərliklərdə batma təhlükəsi keçirən 4 nəfəri xilas edib.

Simsar.az-ın FHN-in saytına istinadən məlumatına görə, Sabunçu rayonu, Nardaran kəndində dənizin nəzarət olunmayan hissəsində 1, Xəzər rayonu, Türkan qəsəbəsində 2, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizin nəzarət olunan hissəsində isə 1 nəfər batma təhlükəsi ilə üzləşən şəxs nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

13 İyul, 2011  19:58 Baxılıb: 1129

Bu bölmədə