Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi artıb
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinə görə xeyli artım müşahidə olunub. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəlinin sözlərinə görə, bunun əsas səbəbi vəhşi heyvanlar arasında vaksinasiya işlərinin aparılmaması, sahibsiz itlərin artması, erməni işğalı altında olan ərazilərdən vəhşi heyvanların miqrasiyası, sel basmış ərazilərdən canavar, çaqqal və digər çöl heyvanlarının yerlərini dəyişməsi, vəhşi heyvanların artımının tənzimlənməsinin mümkün olmamasıdır: “Bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur. Avropa Konvensiyasına əsasən, heyvanların öldürülməsi qadağan edilib. Bu kimi amillər quduzluq xəstəliyinin artmasına təkan verir”.
13 İyul, 2011 02:49 ⁄ Baxılıb: 1198
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |