Simsar.az | bizi özünüzə Simsar bilin
LATZİO DİQQƏTİNİ BARSELONAYA YÖNƏLDİB

İtaliyanın köklü klublarından olan Latzio transfer faəliyyətləri çərçivəsində diqqətini Barselonanın iki futbolçusuna yönəldib.

Növbəti mövsüm üçün transfer fəaliyyətlərini davam etdirən Latzio rəhbərliyi diqqətini Barselonanın futbolçuları olan Milito və Affelaya yönəldib.

Sport-un xəbərinə görə, daha əvvəl Kloze, Lorik Sana və Federiko Maçetti kimi futbolçuları heyətinə cəlb edən Latzio bu iki oyunçunu da heyətinə qatıb transfer fəaliyyətlərini başa vurmağı planlaşdırır.

Aleksis Sançezin Barselonaya transferindən sonra Affelayın forma geyinmək şansının o qədər də çox olmayacağı haqqında iddialar ortaya çıxıb. Bununla yanaşı, keçən mövsüm zədədən əziyyət çəkən Militonun da klubdan ayrılacağı haqqında xəbərlər ortaya çıxmışdı. Onu da qeyd edək ki, Affelayın Barselona ilə 215-ci ilə qədər, Militonun isə 2012-ci ilə qədər müqaviləsi mövcuddur.

13 İyul, 2011  01:32 Baxılıb: 1107

Bu bölmədə