Simsar.az | bizi özünüzə Simsar bilin
4 NƏFƏR 700 BAL TOPLAYIB

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 959 nəfəri imtahanda iştirak etməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak edən 32564 abituriyentdən 65 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.


Test imtahanının nəticəsinə əsasən 9513 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.

13 İyul, 2011  01:16 Baxılıb: 1703

Bu bölmədə