Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlərə veriləcək ev barəsində xəbər

Vüqar Səfərli: “Jurnalistlər üçün binanın təməlqoyma mərasiminə hazırıq”

“Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasiminə hazırıq”. APA-nın məlumatına görə, bunu Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. V. Səfərli bildirib ki, jurnalistlər üçün tikiləcək yaşayış binasının təməlqoyma mərasiminin 22 iyul - Milli Mətbuat Günündə keçirilməsi planlaşdırılır: “Burada texniki məsələlər var. Ola bilər ki, 22 iyulda və ya iyulun sonuna qədər təməlqoyma mərasimi keçirilsin”.

Binada mənzillərin sayının artırılmasının nəzərdə tutulmadığını da qeyd edən V. Səfərli layihənin artıq təsdiq olunduğunu söyləyib: “İki bloklu 18 mərtəbəli bina olacaq. Biz mənzillərin verilməsi ilə bağlı jurnalistlər üçün müvafiq sənədlər təqdim edəcəyik. Əvvəlcədən deyim ki, mənzillər 2 və 3 otaqlı olacaq”.

12 İyul, 2011  22:00 Baxılıb: 1364

Bu bölmədə