Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan-Belçika oyunu nə vaxt və harda olacaq

Məlumat UEFA-nın rəsmi saytına yerləşdirilib

Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Belçika milli komandaları arasında sentyabrın 2-də keçiriləcək matçın yeri və başlama saatı müəyyənləşib.

Simsar.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. 

Görüşün start fiti saat 21:00-da çalınacaq. Hakimlər briqadası isə hələ məlum deyil.

Qeyd edək ki, Belçika ilə oyundan 4 gün sonra millimiz Lənkəran şəhər mərkəzi stadionunda Qazaxıstanı qəbul edəcək. Matç saat 20:00-da başlanacaq.

12 İyul, 2011  19:05 Baxılıb: 1143

Bu bölmədə