Simsar.az | bizi özünüzə Simsar bilin
ƏFQANISTAN PREZİDENTİNİN QARDAŞI ÖLDÜRÜLDÜ

Əhməd Kərzaini öz mühafizəçisi güllələyib

Əfqanıstan prezidenti Həmid Kərzainin qardaşı öldürülüb.

Simsar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Əhməd Vəli Kərzaiyə qarşı sui-qəsd edilib. Nəticədə ağır yaralanan Kərzai ölüb.
BBC isə məlumat yayıb ki, Əhməd Kərzaini öz mühafizəçisi öldürüb. Agentlik bu məlumatı Qəndəhardakı xəstəxananın həkimlərinə istinadən yayıb.

12 İyul, 2011  17:49 Baxılıb: 1276

Bu bölmədə