Simsar.az | bizi özünüzə Simsar bilin
"Fənərbaxça"nın taleyi üzünə güldü

Komanda Türkiyəni Avropada təmsil edəcək

Simsar.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar Klublar Birliyinin üzvləri ilə görüşdən sonra qəbul etdikləri qərarı açıqlayıb. 

O bildirib ki, “Fənərbağça” Çempionlar Liqasının qrup, “Trabzonspor” təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Avropa Liqasında isə “Bursaspor”, “Qaziantepspor” və “Beşiktaş” çıxış edəcək. Yəni, Avropa kuboklarına vəsiqəni kimlər qazanıbsa, onlar da turnirdə yarışacaqlar. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Aydınlar bildirib ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı başlanan istintaq və kütləvi həbslərə baxmayaraq, məhkəmə qətnaməsi qəbul edilməyib. Məhkəmə qərar verdikdən sonra TFF müvafiq tədbirlər görəcək.

Federasiya başçısı növbəti mövsüm Türkiyə Superliqasının nəzərdə tutulduğu kimi, avqustun 5-də start götürəcəyini də deyib. Superkubok qarşılaşması isə iyulun 31-də olacaq.

12 İyul, 2011  16:33 Baxılıb: 1092

Bu bölmədə