Simsar.az | bizi özünüzə Simsar bilin
CƏNUBİ KİPRDƏ PARTLAYIŞ

Cənubi Kiprdəki partlayışda HDQ baş komandanı və hərbi bazanın rəisi həlak olublar

Cənubi Kipr Hərbi-Dəniz Qüvvələrinin (HDQ) baş komandanı və hərbi bazanın rəisi dünən baş vermiş silah-sursat partlayışı zamanı həlak olublar.

Məlumata görə, Cənubi Kiprdəki hərbi bazada silah-sursatla dolu 90 konteyner partlayıb. Nəticədə 12 nəfər həlak olub, 60 nəfərdən artıq insan isə yaralanıb.

Hadisədən sonra Cənubi Kiprin müdafiə naziri Kostas Papakostas və Milli qvardiyanın komandanı general-leytenant Petros Tsalkidis istefa veriblər.

12 İyul, 2011  14:32 Baxılıb: 959

Bu bölmədə