Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA SİLAHLI BASQIN

Öldürülən və yaralanan var

Bu gün Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaşları, Bakı Şəhər Baş prokurorluğunun nümayəndələri hadisə yerində araşdırma aparırılar.

Məlum olub ki, hadisə saat 12:30 radələrində qeydə alınıb. Qətlə yetirilən isə “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyevdir. O, güllə yarasından keçinib. Yaralanan isə şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədovdur. O, qarın nahiyəsindən güllə yarası alıb.

11 İyul, 2011  22:22 Baxılıb: 1097

Bu bölmədə