Simsar.az | bizi özünüzə Simsar bilin
Gənclərin uğursuzluqlarının səbəbi nədir?

Psixologiya və Konsultasiya Mərkəzi sorğunun nəticələrini açıqladı  

Bu gün Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) nəzdində fəaliyyət göstərən PC CLUB-ın “ UĞUR PSİXOLOGİYASI” adlı növbəti müzakirə günü keçirilib.

Simsar.az saytının Mərkəzin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müzakirədə PC CLUB-ın üzvləri ilə yanaşı həm də Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqları Elnur Rüstəmov, İbrahim İbrahimov, Orxan Fərəcli və teleaparıcı-jurnalist Turan İbrahimov iştirak edib.

Müzakirəni PC CLUB-ın idarəçiləri və psixologiya fakültəsinin tələbələri Lalə Allahverdiyeva və Fidan Azərqızı aparıb.

Tədbirdə “Gənclərin uğursuzluqlarının səbəbləri” mövzusunda keçirilən sorğunun nəticələri də elan olunub.

Müxtəlif yaş təbəqələri arasında keçirilən 100 nəfərlik mini sorğunun nəticələrinə görə 33 faiz hədəflərin, 20 faiz azad fikrin olmaması, 19 faiz maddiyyat, 24 faiz özünə güvənsizlik uğursuzluğun başlıca səbəblərindəndir.

Anar

11 İyul, 2011  22:22 Baxılıb: 1429

Bu bölmədə