Simsar.az | bizi özünüzə Simsar bilin
YOL POLİSİNDƏ "İŞDƏN QOVMA" ƏMƏLİYYATI DAVAM EDİR

3 nəfər də çixarıldı

Daxili işlər nazirinin 9 iyul 2011-ci il tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.


Simsar.az DİN-in saytına istinadən xəbər verir ki, tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə 1 əməkdaşa isə “şiddətli töhmət” elan edilib.

11 İyul, 2011  22:08 Baxılıb: 1081

Bu bölmədə